ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

AİLƏ-SAĞLAMLIQ

Son illər Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb

24.04.2018 14:55

Son illər Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb. Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva deyib. O bildirib ki, digər Avropa və postsovet ölkələrində hazırda qızılca xəstəliyi alovlandığı halda, bu, ölkə ərazisində qeydə alınmayıb:

“Məsələn, həmin Avropa ölkələrindən biri Ukraynadır. Hazırda həmin ölkədə qızılca xəstəliyindən əziyyət çəkən şəxslərin sayı olduqca çoxdur. Bunun səbəbi isə peyvəndlərin aparılmamasıdır.

Bir həkim olaraq müraciət edirəm ki, bu ölkələrə gedib-gələn valideynlər vətənə qayıdarkən öz uşaqlarını peyvənd etdirsinlər. Əks halda, buna yoluxan uşaqlar ağır xəstəliyin nümayəndəsinə çevrilə bilər”.

A. Əliyeva qeyd edib ki, bizdə valideynlər arasında öz övladlarını hələ də peyvənd etdirmək qorxusu var:

“Əsas problemlərdən biri də valideynlərin peyvənd qorxusudur. Həmin valideynlər internetdə yazılan bəzi informasiyalara inanır və uşaqlarını peyvənd etdirməyə qorxur. Zəng edib deyirlər ki, peyvəndin yeri qızardı. Bu zaman qorxmağa heç bir ehtiyac yoxdur”.Oxu.az

Oxundu 366