Qrenlandiya Danimarkadan ayrılır: seçkilərə başlanıldı


Qrenlandiyada yerli parlamentə seçkilər başlayıb. Yeniavaz.com-un “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, ümumi seçkilərə isə Qrenlandiyanın Danimarkadan ayrılaraq müstəqillik qazanması məsələsi çıxarılıb. Qrenlandiyanın müstəqilliyini dəstəkləyən və seçkilərdə iştirak edən partiyalar üçün əsas məsələ adanın Danimarkadan nə vaxt ayrılacağı və bunu Qrenlandiyanın kasıblaşmadan necə etməkdir. Seçkilərdə iştirak edən yeddi siyasi partiyadam altısı müstəqilliyin lehinə çıxış edir. Qrenlandiya 1979-cu ildə muxtariyyət alıb, 2009-cu ildə isə ada özünüidarətmə hüququ qazanıb. Kopenhagen Qrenlandiyanın yalnız xarici və müdafiə siyasəti üzərində nəzarəti saxlayır. 55 min nəfər əhalisi olan ada hər il Danimarka hökumətindən təqribən 500 milyon avro alır. Əgər Qrenlandiya müstəqil dövlət olsa, o, adanın illik büdcəsinin 60 faizini təşkil edən bu subsidiyalardan məhrum olacaq.

DİGƏR XƏBƏRLƏR

Top