Ermənistan Prezidenti etirazçılarla Azərbaycan rəqsini oynadı - VİDEO

Lirənin dəyərdən düşməsi Azərbaycana nə vəd edir? - ANALİZ

"Azərbaycan vətəndaşlarının orta ömür müddəti aşağı düşə bilər" - SƏBƏB

çərşənbə, 23 may 2018
TR EN RU

Menu

çərşənbə, 23 may 2018
EN TR RU

AİLƏ-SAĞLAMLIQ

Nazirlik: Uşaqların peyvəndlənməsinə xüsusi diqqət yetirin!

24.04.2018 12:00

Azərbaycanda suçiçəyi əleyhinə peyvənd istifadə edilmədiyi üçün hələ də ölkədə bu xəstəliyə yoluxma halları qeydə alınır. Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Avropada İmmunlaşdırma Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib. A. Əliyeva qeyd edib ki, suçiçəyinə noyabr-dekabr aylarında çox rast gəlinsə də, ötən illərlə müqayisədə son bir neçə ildə yoluxma hallarında azalma müşahidə olunur.

Direktor müavini qonşu ölkələrdə, xüsusilə Ukraynada son iki ildə qızılca xəstəliyinin alovlandığını bildirib, valideynlərə xəbərdarlıq edərək onları uşaqların peyvəndlənməsinə xüsusi diqqət yetirməyə çağırıb.

A. Əliyevanın sözlərinə görə, 2014-cü ildən vaksin preparatları Azərbaycana UNİCEF xətti ilə daxil olur: " Ölkəyə daxil olan vaksinlər ÜST-ün təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan digər vaksinlər Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir".

ÜST-ün Azərbaycan Nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova da hazırda Azərbaycanda mövcud olan 11 infeksiyaya qarşı peyvəndlənmə aparılmasının çox vacib olduğunu vurğulayıb.APA

Oxundu 204