Yeni yaradılan Turizm Agentliyinə sədr təyin olunub - FOTO

Azərbaycan Dövlət Turizm Agentliyinə sədr təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən bu vəzifəyə Fuad Hümbət oğlu Nağıyev təyin edilib.

Qeyd edək ki, F. Nağıyev 2017-ci il fevralın 6-dan bugünədək Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub.

Xatırladaq ki, aprelin 20-də Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top