NATO Rusiyanı təcrid etməyə hazırlaşmır.
Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, lakin münasibətlərin yaxşılaşdırılması üçün Moskva beynəlxalq hüquqa hörmət etməlidir.
Y. Stoltenberq bildirib: “NATO Rusiyanı təcrid etmək istəmir. Rusiya bizim qonşumuzdur”.
Bununla belə, baş katib Moskva ilə münasibətlərdə ikitərəfli yanaşmanın tərəfdarı olan Almaniyanın rolunu alqışlayıb: “Bu yanaşma güclü müdafiəni və dialoqu nəzərdə tutur. Rusiya ilə danışıqlar aparmaq çətindir, lakin lazımdır”.