Autizmdən əziyyət çəkən Rəsulun bir günü - VIDEO

Autizm - erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizm - özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir.

Bu gün ölkədə hər 88 uşaqdan biri autizm xəstəliyi ilə doğulur. Xəstəlik genetik olmadığından bu özünü ana bətnindən başlayaraq 2-3 yaşınadək büruzə vermir.

Qəhrəmanımız 17 yaşlı Rəsul autizm xəstəliyindən əziyyət çəkir. İki yaşı olanda valideynləri onun digər yaşıdlarından geri qaldığını hiss edir və həkimə aparır. Bu günə qədər aldığı xüsusi qayğı və münasibətin sayəsində o, digər autizm xəstələrindən çox fərqlənir.

Rəsulun uğurları və təkbaşına özünü idarə edə bilməsi valideynlərinə onun gələcəkdə hər hansı bir işdə özünü təsdiqləyəcəyinə ümid verir. Baku.Tv

video

DİGƏR XƏBƏRLƏR

Top