jurnalistin-qetline-gore-mancester-yunaytedi-kral-ailesine-satmadilar

Jurnalistin qətlinə görə "Mançester Yunayted"i kral ailəsinə satmadılar

kupcasi-olmayan-evlerle-bagli-nazirlikden-aciqlama

"Kupça"sı olmayan evlərlə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

bakinin-esas-magistrallarinda-suret-heddi-endirilib

Bakının əsas magistrallarında sürət həddi endirilib

çərşənbə, 17 oktyabr 2018
RU EN TR
EN TR RU

DÜNYA

Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul olun”

20.04.2018 20:46

Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-a “öz işləri ilə məşğul olmağı” məsləhət görüb. Bu açıqlama Vaşinqtonun Türkiyədə erkən seçkilərin təyin olunması ilə bağlı Ankaranın qərarını tənqid etməsinə cavab olaraq verilib. Qeyd olunur ki, ABŞ Dövlət departamenti Türkiyədə davam edən fövqəladə vəziyyət fonunda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinin çətin olacağı barədə açıqlama yaymışdı.

Buna cavab olaraq B.Yıldırım ABŞ-ı öz seçkilərinə diqqət verməyə çağırıb: “ABŞ-da hələ də seçkilərlə bağlı müzakirələr səngimir. Əgər amerikalılar özləri görmək istəyirsə, gəlib baxsın, Türkiyədə seçkilər şəffaf keçir, yoxsa yox”.

Xatırladaq ki, Türkiyədə erkən prezident və parlament seçkiləri bu il iyunun 24-ə təyin olunub.Musavat.com

Oxundu 375