100 ilin bayrağı baş nazirə təqdim olundu

Ərzaq qiymətləri: 40 il əvvəl və indi - İNFOQRAFİKA

Deputat: Hər zaman “papanın gül balalarını” oxutmaq üçün vəsait tapıla bilər

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

DÜNYA

Qırğızıstan prezidenti baş nazir təyin etdi

20.04.2018 20:31

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Məhəmmədkalı Abılqaziyevin baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb. Bu barədə ölkə prezidentinin mətbuat xidməti xəbər yayıb. Məlumata görə, sərəncamla həmçinin Nazirlər Kabinetinin üzvləri də təyin edilib.

Qeyd edək ki, aprelin 19-da Qırğızıstan prezidenti Nazirlər Kabinetinə Parlamentin etimad göstərməməsini nəzərə alaraq hökumətin istefaya göndərilməsi barədə sərəncam imzalamışdı.

Belə ki, Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər. Qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.Trend

Oxundu 398