hekimler-korpenin-gozunden-11-parazit-cixardilar-foto

Həkimlər körpənin gözündən 11 parazit çıxardılar - FOTO

turkiyedeki-ermeni-kilselerinin-sayi-ermenistandaki-kilselerinin-sayindan-coxdur-siyahi

Türkiyədəki erməni kilsələrinin sayı Ermənistanda kilsələrinin sayından çoxdur - SİYAHI

azerbaycanda-memurlar-sahibkarlardan-daha-cox-qazanirlar-resmi

Azərbaycanda məmurlar sahibkarlardan daha çox qazanırlar - RƏSMİ

bazar, 21 oktyabr 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Bu qurumlar bir sıra idxal-ixrac əməliyyatlarına birgə nəzarət edəcək

20.04.2018 19:46

Prezident İlham Əliyev ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun sayılıb. Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə birgə nəzarətlə əhatə olunacaq prosedurların siyahısına və mexanizminə dair təkliflərini bir ay müddətində prezidenti təqdim etməlidir.APA

Oxundu 351