jurnalistin-qetline-gore-mancester-yunaytedi-kral-ailesine-satmadilar

Jurnalistin qətlinə görə "Mançester Yunayted"i kral ailəsinə satmadılar

kupcasi-olmayan-evlerle-bagli-nazirlikden-aciqlama

"Kupça"sı olmayan evlərlə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

bakinin-esas-magistrallarinda-suret-heddi-endirilib

Bakının əsas magistrallarında sürət həddi endirilib

çərşənbə, 17 oktyabr 2018
RU EN TR
EN TR RU

HADİSƏ

Atası keçmiş döyüşçünün intihar səbəbini AÇIQLADI

20.04.2018 15:45

2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olmuş Tovuz rayini Abulbəyli kənd sakini Fazil Arif oğlu Abdıyev dünən səhər saatlarında intihar edib. Qeyd edək ki, Abdıyev Fazil aprel döyüşlərində iştirakı zamanı yaralanmış, sonra hərbi hospitalda müalicə almış və ordudan tərxis olunmuşdu. 26 yaşlı Fazil Abdiyevin intiharına əsas səbəb kimi bəzi psixoloji problemlərinin olduğu göstərilir. Fazil Abdiyevin atası Arif Abdiyev Modern.az-a açıqlamasında hadisə barədə bunları deyib. “Fazil aprel hadisələrindən sonra özünə gələ bilmirdi. Tez-tez deyirdi ki, “niyə döyüş dostlarım şəhid oldu, mən isə sağ qaldım?”. Bunu özünə sığışdıra bilmirdi. Aprel hadisələrinin ildönümü ərəfəsində efirdə şəhidlərlə bağlı verilişlərə baxanda günlərlə özünə qapanırdı. Müharibə havası beynində idi. O günləri dəhşətlə xatırlayırdı. Psixoloji olaraq özündə olmurdu.Otaqdan çölə çıxmırdı. Anası nə qədər sakitləşdirici dərmanlar verirdi. Son 3 gün ərzində yaxşı idi”.
Arif Abdiyev deyir ki, sosial şəbəkələrdə yazıldığı kimi, oğlunun işlə bağlı problemi olmayıb. “Fazil tikinti şirkətində iş icraçısı (“prorab”) işləyirdi. Özünə nəsə edəcəyini düşünmürdüm. Əgər bilsəydim ki, belə bir hadisə olacaq ona nəzarət edərdim. Bu gün səhər saatlarında işdə olmalı idi. Amma o, həyətimizdəki tövlədə özünü asıb. Bir ata üçün bunları söyləmək çox ağırdır”.

Tovuzdan seçilən millət vəkili Qənirə Paşayeva da saytımıza açıqlamasında hadisədən təəssüfləndiyini vurğulayıb. “Onların yaşadığı yer birbaşa dairəmizə daxil olmasa da, hadisəni eşidən kimi ailəsi ilə əlaqə saxladıq. Çox üzüldük. Allah ailəsinə səbr versin. Millət vəkili olaraq “hər zaman yanınızdayıq”dedik. Fazilin intihar etməsinə səbəb kimi işsiz olduğunu yazırlar. Qeyd edim ki, intihar hadisəsinin sosial-iqtisadi məsələ ilə heç bir əlaqəsi yoxdur. Qardaşımız aprel hadisələrində qəhrəmanlıq göstərib. Allah rəhmət eləsin”.Modern.az

Oxundu 2656