Venger “Arsenal”dan gedir - RƏSMİ


Londonun “Arsenal” klubunun baş məşqçisi Arsen Venger mövsümün sonunda vəzifəsini tərk edəcək. Yeniavaz.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə klubun mətbuat xidmətindən deyiblər. Fransız mütəxəssis vəziyyəti düşündüyünü və klubla danışıqlar keçirdiyini bildirib: Nəticədə qərara gəldim ki, mövsümün sonunda vəzifəmdən getməyimin vaxtı çatıb. Mən bu qədər unudulmaz il kluba xidmət etmək şərəfinə nail olduğuma görə təşəkkür edirəm”. “Arsenal” tezliklə yeni baş məşqçi seçmək niyyətindədir. Qeyd edək ki, A. Venger 1996-cı ildən “Arsenal”ı çalışdırır. Bu müddət ərzində klub üç dəfə İngiltərə çempionu olub, beş dəfə İngiltərə kuboku və bir o qədər ölkə Superkobukunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top