100 ilin bayrağı baş nazirə təqdim olundu

Ərzaq qiymətləri: 40 il əvvəl və indi - İNFOQRAFİKA

Deputat: Hər zaman “papanın gül balalarını” oxutmaq üçün vəsait tapıla bilər

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

DÜNYA

Dövlət qurumlarına xarici sosial şəbəkələrdən imtina üçün vaxt verildi - İranda

20.04.2018 12:19

İranın dövlət qurumları bir həftə ərzində xarici sosial şəbəkələrdən istifadədən imtina etməlidir. TASS xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti İsaq Cahangiri bildirib. "Bütün dövlət və hökumət qurumları və orqanları, eləcə də qeyri-hökumət təşkilatları fəaliyyətlərini və təklif olunan xidmətlərini bir həftə ərzində İranın sosial şəbəkə platformalarına köçürməlidir", - İ.Cahangiri deyib. Bu gün dövlət işçilərinin "Telegram" da daxil olmaqla, xarici mesencerlərdən istifadəsinə qadağanın qüvvəyə minəcəyi gözlənilir.

Xatırladaq ki, daha öncə "Telegram"da İranın ali lideri Ayətullah Əli Xameneinin rəsmi kanalı bağlanmışdı. Bununla yanaşı, ölkədə aprelin 20-dən etibarən yerli istehsal olan "Soroush" mesencerinin işə başlayacağı barədə elan verilib.Report

Oxundu 270