Cinsi istəyi artıran "Viaqra" insanı öldürürmü? - Bilmədiyimiz faktlar

Yüksək dozalı həbin - "Viaqra"nın bəzi hallarda ölümə səbəb olması barədə məlumatları tez-tez eşidirik. Elə bugünlərdə dünyasını dəyişən azərbaycanlı deputatın da məhz bu səbəbdən həyatını itirdiyi deyilir. Ancaq bu barədə hələlik ortada rəsmi fakt yoxdur. Qusar Rayon Prokurorluğu isə ilkin olaraq deputatın ürəktutmadan öldüyünü açıqlamışdı.

Yeniavaz.com xəbər verir ki, "Viaqra"dan öldüyü iddia olunan məşhurlar da var. Məsələn, Türkiyə mətbuatı mərhum müğənni Barış Mançonun "Vaqra"dan öldüyünü iddia etmişdi. Lakin müğənninin ailəsi bunu təkzib etmişdi.

Bir neçə il öncə saytlarda yayılan məlumatda isə Bakıda 25 yaşlı oğlanın aşırı doza "Viaqra"dan öldüyü bildirilirdi.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda qeyd olunurdu ki, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Murad Hüseynov Bakıda - "İnqilab" küçəsində naməlum şəkildə ölüb. Məhkəmə tibbi ekspertizası zamanı onun dərmandan zəhərlənərək öldüyü məlum olub.

Polis mənzilə baxış keçirərkən cinsi istəyi artıran "Viaqra" həbləri və dərman qablarını aşkarlamışdı. Onun həmin həbləri həddən artıq qəbul etdiyi üçün öldüyü bildirilirdi.

M. Hüseynovun həmin gün yanında olan qadın isə qorxub qaçmışdı.

"Viaqra"nın ölümə səbəb olması mövzusu dünya mətbuatında da tez-tez gündəmə gətirilir.

İngiltərənin "Mail on Sunday" qəzetinin yazdığına görə, bu ölkədə 1998-ci ildən bəri çoxlu sayda insan "Viaqra"dan zəhərlənərək ölüb. Qəzet yazır: "Onların çoxu ürək və yüksək təzyiq xəstələridir. Həmin insanlar "Viaqra" qəbul etdikdən sonra özlərini pis hiss ediblər və həkimlərinə müdaxiləsinə baxmayaraq, həyatlarını xilas etmək mümkün olmayıb.

Qəzetin yazdığına görə, "Viaqra" bəzi insanlarda korluğa və mədə problemlərinə səbəb olur.

Türkiyənin keçmiş səhiyyə naziri, mərhum Mustafa Güven Karahan isə "Viaqra" ilə bağlı suallara açıqlamasında demişdi: "Viaqra"nı heç kim özbaşına alıb qəbul etməməlidir. Hər həkimin bu dərmanı xəstəyə yazmasına icazə versəydik, "Viaqra" ölüm makinasına dönərdi. Bu dərmanı qəbul etməsi lazım olmayan adamlar qəbul edərsə, sonu faciəli olar. Məşhurların belə bu dərmandan öldüyü söylənir".

Türkiyəli professor dr. E. Murat Tuzcu bildirib ki, "Viaqra" qəbul etdikdən sonra ürək döyüntüləri və təzyiq artır: "Ürəyi xəstə olanlara, artıq çəkili insanlara, passiv həyat tərzi sürənlərə, orta yaşın üstündə olanlara "Viaqra" məsləhət görülmür. Bundan başqa ürək dərmanları ilə birgə "Viaqra"nın qəbul edilməsi faciəli nəticələrə səbəb ola bilər.

Ancaq apteklərdən özbaşına bu dərmanları alanlar mənfi nəticələrin ola biləcəyindən xəbərsiz olduqlarını təhlükə yaranan zaman nə edəcəklərini bilmirlər.

Viaqranın yaratdığı təhlükələr

1. Sağlam insanların belə bu həbi normadan artıq qəbul etmələri zəhərlənmə və infarkt riski yaradır.

2. Təzyiqin qalxması beyinə qan sızmaya səbəb ola bilir.

3. Həbin qəbul dozası hər insana görə dəyişir. Dozanı həkim təyin etməlidir.

4. Cinsi fəaliyyət normaldırsa, bu həbin qəbul edilməsi qətiyyən məsləhət görülmür.

5. Bu həblər qadınlar üçün nəzərdə tutulmayıb.

6. Həkim məsləhəti olmadan, aptekdən özbaşına almaq məsləhət görülmür.

7. Bu dərmanlar asılılıq yaradır.

8. Bir neçə dəfə bu dərmanı qəbul edən şəxs sonradan qəbul etmədikdə özgüvəni azalır.

9. Bəzi insanlarda təzyiqi aşağı salır, bəzilərində qaldırır.

10. Qaraciyərə ziyan vurur.

11. Spirtli içki qəbulundan sonra "Viaqra" qəbulu zəhərlənməyə səbəb olur.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top