Azərbaycan kubokunda İLK

Azərbaycan kubokunda yeni qalib olacaq. 2017/18 mövsümünün mükafatını indiyədək bu uğura imza atmayan komanda qazanacaq. Bu, yarımfinal mərhələsinin dünən keçirilən görüşündən sonra rəsmiləşib. Dörd ən yaxşı arasında kubok qazanmış yeganə komanda “Neftçi” “Qəbələ” səddini adlaya bilməyib – 2:1, 1:3.

Digər cütdə isə finala belə həsrət olan “Sumqayıt” “Keşlə” qarşısında aciz qalıb. Bakılılar hər matçda bir qol vurması sayəsində mərhələ keçib – 1:0, 1:1.

Mayın 28-də keçiriləcək həlledici matç finalların uğursuzlarının dueli olacaq. Belə ki, həm “Qəbələ”, həm də “Keşlə” dəfələrlə finala yüksəlsə də, həmişə uduzub. Sonuncular “İnter” adı altında 4 dəfə belə uğursuzluq yaşayıb. Paytaxt təmsilçisi 2004/05, 2007/08, 2008/09 və 2010/11 mövsümlərində kubokun bir addımlığında uduzub.

“Qəbələ” isə 2013/14 və 2016/17 mövsümlərində finalı uduzub. Ardıcıl 2-ci dəfə həlledici matçda oynayacaq əyalət klubu ümumilikdə 3-cü dəfə kuboka belə yaxındı.

“Keşlə” və “Qəbələ”nin finala yüksəlməsi həlledici qarşılaşmalar tarixinə yeni adın əlavə olunmasına mane olub. Belə ki, “Sumqayıt” ilk final həyəcanı yaşamağa, bununla da həlledici matçın 17-ci iştirakçısı adını qazanmağa yaxın olsa da, imkanı qaçırıb. Ümumilikdə isə 16 klub finalda oynayıb.

Bu göstəricidə “Neftçi” rekordçudu – 10 dəfə. “Qarabağ”ın 9 finalı var. “Keşlə” isə 3-cü olan “Xəzər Lənkəran”a şərik çıxıb – hərəyə 5 final. “Kəpəz” 4, “Bakı” və son uğurunu indi qazanan “Qəbələ” hərəyə 3, “Kür Nur” və “Şəmkir” hərəyə 2 dəfə bunu bacarıb. Bakı və Sabirabad “İnşaatçı”sı, “Şəfa”, “Xəzri”, “MKT-Araz” və Lənkəran “Xəzər”i həlledici görüşdə 1 dəfə iştirak edib.

“Qəbələ” və “Keşlə”dən biri ilk uğurunu əldə etməklə Azərbaycan kubokunu qazananlar siyahısına da daxil olacaq. İndiyədək 7 komanda bunu bacardığından yeni qalib 8-ci kimi tarixə düşəcək. “Neftçi” və “Qarabağ” daha çox – hərəyə 6, “Kəpəz” 4, “Xəzər Lənkəran”la “Bakı” hərəyə 3, Bakı “İnşaatçı”sı və “Şəfa” isə hərəyə 1 dəfə kuboku başı üzərinə qaldırıb. Apasport

AZƏRBAYCAN KUBOKU

mövsüm

qalib

finalçı

hesab

1992

“İnşaatçı” (Bakı)

“Kür” (Mingəçevir)

2-1, əlavə vaxtda

1993

“Qarabağ” (Ağdam)

“İnşaatçı” (Sabirabad)

1-0, əlavə vaxtda

1993/94

“Kəpəz” (Gəncə)

“Xəzər” (Lənkəran)

2-0

1994/95

“Neftçi” (Bakı)

“Kür” (Mingəçevir)

1-0

1995/96

“Neftçi” (Bakı)

“Qarabağ” (Ağdam)

3-0

1996/97

“Kəpəz” (Gəncə)

“Xəzri” (Bakı)

1-0

1997/98

“Kəpəz” (Gəncə)

“Qarabağ” (Ağdam)

2-0

1998/99

“Neftçi” (Bakı)

“Şəmkir”

0-0, pen 5-3

1999/2000

“Kəpəz” (Gəncə)

“Qarabağ” (Ağdam)

2-1

2000/01

“Şəfa” (Bakı)

“Neftçi” (Bakı)

2-1

2001/02

yarımçıq qalıb

2002/03

keçirilməyib

2003/04

“Neftçi” (Bakı)

“Şəmkir”

1-0, əlavə vaxtda

2004/05

“Bakı”

“İnter” (Bakı)

2-1, əlavə vaxtda

2005/06

“Qarabağ” (Ağdam)

“Karvan” (Yevlax)

2-1

2006/07

“Xəzər-Lənkəran”

“MKT-Araz” (İmişli)

1-0

2007/08

“Xəzər-Lənkəran”

“İnter” (Bakı)

2-0, əlavə vaxtda

2008/09

“Qarabağ” (Ağdam)

"İnter" Bakı

1-0

2009/10

“Bakı”

“Xəzər-Lənkəran”

2:1, əlavə vaxtda

2010/11

“Xəzər-Lənkəran”

“İnter” (Bakı)

1:1, pen 4-2

2011/12

“Bakı”

“Neftçi” (Bakı)

2-0

2012/13

“Neftçi” (Bakı)

“Xəzər-Lənkəran”

0-0, pen 5-3

2013/14

“Neftçi” (Bakı)

"Qəbələ"

1:1, pen.3-2

2014/15

“Qarabağ” (Ağdam)

“Neftçi” (Bakı)

3:1

2015/16

“Qarabağ” (Ağdam)

“Neftçi” (Bakı)

1-0, əlavə vaxtda

2016/17

“Qarabağ” (Ağdam)

"Qəbələ"

2-0

DİGƏR XƏBƏRLƏR

Top