hekimler-korpenin-gozunden-11-parazit-cixardilar-foto

Həkimlər körpənin gözündən 11 parazit çıxardılar - FOTO

turkiyedeki-ermeni-kilselerinin-sayi-ermenistandaki-kilselerinin-sayindan-coxdur-siyahi

Türkiyədəki erməni kilsələrinin sayı Ermənistanda kilsələrinin sayından çoxdur - SİYAHI

azerbaycanda-memurlar-sahibkarlardan-daha-cox-qazanirlar-resmi

Azərbaycanda məmurlar sahibkarlardan daha çox qazanırlar - RƏSMİ

bazar, 21 oktyabr 2018
RU EN TR
EN TR RU

İDMAN

"Sumqayıt" - "Keşlə" qarşılaşmasında qalmaqal baş verib - VİDEO

18.04.2018 19:16

"Sumqayıt" və "Keşlə" komandaları arasında keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünün 71-ci dəqiqəsində qalmaqal baş verib. Buna meydan sahiblərinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin qonaq komandanın futbolçusu Sezar Meza Kolliyə qarşı sürüşmə fəndi səbəb olub.

"Keşlə"nin baş məşqçisi Yuri Maksimov önündə yaşanan hadisə ilə əlaqədar Həsənalızadəyə sərt etiraz edib. Bu isə "Sumqayıt" cəbhəsinin kəskin etirazı ilə qarşılanıb. Bundan sonra münaqişənin miqyası böyüyüb və olay yerinə digər futbolçular da gəlib.

Ara sakitləşdikdən sonra baş hakim Əliyar Ağayev Maksimovu meydandan qovub. Ukraynalı mütəxəssis meydanı qaça-qaça tərk etdiyi vaxt ona tribunadan su qabı atılıb.

Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1. report

futbol

Oxundu 414