ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

AİLƏ-SAĞLAMLIQ

“Valideynlər gözüaçıq olsalar, yaxşı olar” - Həkim məsləhəti

17.04.2018 14:25

“Yazda mövsümlə bağlı uşaqlar arasında allergik problemlər kəskinləşir, tezləşir”.

Bu sözləri məşhur pediatr Vaqif Qarayev sosial şəbəkədə yazıb. Valideynlərə xatırlatma edən həkim fəsillə əlaqədar olaraq qabaqlayıcı tədbirlərin görülməli olduğunu vurğulayıb: “Uşaqları allergiyanın müxtəlif formalarından əziyyət çəkən valideynlər həkimə (pediatra,allerqoloqa) müraciət etməlidir. Qida allergenləri isə ilin bütün fəsillərində aktuallığını saxlayır. Marketlərdə satılan şirniyyat-kulinariya məmulatlarından uzaq olmaq lazımdır.

Məktəb bufetlərindən də az istifadə olunsa yaxşıdır. Bəzi məktəblərdə bütün ilboyu ad günü mərasimləri keçirilir. Oradan paylanan tortlardan da allergik reaksiyalar olur. Başqasının uşağını tort yeməyə məcbur etmək olmaz!

Məsələnin mənəvi-psixoloji tərəfləri ilə məktəb rəhbərliyi məşğul olmalıdır. Valideynlər gözüaçıq olsalar, yaxşı olar”.

Oxundu 522