Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

Rəsulzadənin baxımsız qalan, uçub dağılan büstü - VİDEO

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

AİLƏ-SAĞLAMLIQ

Yazda niyə halsız oluruq? - Həkim məsləhəti

12.04.2018 09:50

Qədimdən el arasında deyirlər ki, mart gəldi, dərd gəldi, mart çıxdı, dərd çıxdı. Qışın bitməsi, yazın gəlməsi ilə təbiət, ətraf oyandığı halda, havalar yaxşılaşdıqca insanlarda əksinə halsızlıq başlayır, xroniki xəstəliklər kəskinləşir, insanın gücü olmur, avitaminoz yüksəlir. Əslində, bunlar boşuna deyil. Qışdan çıxan orqanizm tükənir, “cığallıq edir”. Bu dövrdə mədə-bağırsaq, baş-beyin, qan-damar pozulmaları artır. İnsanlar daha çox təcili yardım çağırışları edir.

Yaz sindromunun səbəblərini həkim terapevt Aqşin Salmamov danışıb:

“İnsanın orqanizmi 4-5 ay payız-qış ayları müddətində yaydan ehtiyat halında topladığı vitamin və mineral ehtiyatını tükədib bitirir. Orqanizmdə hipo və avitamozlar yaranmağa başlayır. Qış yuxusundan oyanmaya bənzədilən bu keçid dövründə maddələr mübadiləsi intensivləşir, endokrin sistemdə və qanyaranmada aktivləşmə baş verir, bu da xroniki xəstəliyi olan insanlara təsirsiz ötüşmür.

Əsasən ürək-damar sistemində, həzm sistemində, allergik xəstələrdə kəskinləşmə olur. Bu aylarda miokard infarktı, insultlar artır. İqlim dəyişikliyi də bir tərəfdən meteohəssas insanlara mənfi təsir edir.

Bu günlərdə qidalanma və yuxu rejiminə ciddi əməl olunmalıdır. Təmiz havada, günəş altında çox gəzmək lazımdır. Bitki mənşəli qidalar, meyvə-tərəvəz bol istifadə olunmalıdır”.

Həkim orqanizmdə çatışmayan mikroelementlərin yoxlanmasını da məsləhət görür:

“Bəzən adi bir mikroelementin çatışmazlığı bizi uzunmüddətli xroniki yorğunluğa sürükləyə bilər. Məsələn: Ca, Na, Mg, Fe, V, D kimi mineral və vitaminlər normadan az olarsa, insan özünü zəif, halsız hiss edir. Ona görə qan analizi ilə bunlar yoxlanmalıdır. Çatışmazlıq aşkar olunduqda, müvafiq müalicə təyin olunmalıdır. Bəzən sadalanan mineralları qida ilə qəbul etməyimizə baxmayaraq, bağırsaqlarda sovrulma prosesi düzgün getmədiyindən qana kifayət qədər maddə daxil olmur. O zaman həzm traktında olan xroniki xəstəliklər nəzarətə alınmalıdır.

Qışdan yaza keçərkən insan səfərbər olub, düzgün rejim qurub, orqanizmi lazımı maddə, vitamin və enerji ilə təmin edə bilərsə, o zaman istənilən fəsildə gümrah və sağlam olacaq”. Medicina.az

Oxundu 458