Azərbaycanda neçə nəfərə böyrək köçürülüb?​ - Açıqlama

"Hazırda Azərbaycanda böyrək transplantasiyası əməliyyatı olunan 900-dan çox insan var". Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov deyib. O əlavə edib ki, dövlət bu insanların dərman təminatını öz üzərinə götürüb: "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemlərinin həlli üçün şəhər və rayonlarda fəaliyyət göstərən 43 hemodializ mərkəzində 3400-dən artıq xəstə dializ alır".Report

DİGƏR XƏBƏRLƏR

Top