Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

Rəsulzadənin baxımsız qalan, uçub dağılan büstü - VİDEO

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

İNCƏ SƏNƏT

Xalq artisti​: “Həkimlər evdən çıxmağıma icazə vermirlər”

29.03.2018 09:17

Azərbaycanın xalq artisti, sevimli aktyor Rasim Balayevin səhhəti yaxşılaşıb. Bu barədə R.Balayev özü məlumat verib. Təxminən bir həftə əvvəl əməliyyat olunduğu Mərkəzi Gömrük Hospitalından evə buraxıldığını deyən aktyor, hazırda ev şəraitində müalicəsini davam etdirir: “Əvvələ baxanda nisbətən özümü yaxşı hiss edirəm. Amma həkimlər evdən çıxmağıma icazə vermirlər. Bir həftə sonra yenidən müayinə olunacağam. Yalnız bundan sonra səhhətim barədə dəqiq fikir bildiriləcək”. Aktyor onu unutmayan, səhhətilə maraqlanan hər kəsə təşəkkür edib. Xatırlaqdaq ki, R.Balayev martın 14-də Mərkəzi Gömrük Hospitalında uroloji problemdən dolayı əməliyyat olunub.Modern.az

Oxundu 391