Rəsulzadənin baxımsız qalan, uçub dağılan büstü - VİDEO

Deputata “Xalq yazıçısı” adı verilib

Prezident fərman verdi - Yeni xidmət yaradıldı

Cümə, 25 may 2018
TR EN RU

Menu

Cümə, 25 may 2018
EN TR RU

İNCƏ SƏNƏT

Türkiyəli sənətçilər azərbaycanlı çoban ifaçıya dəstək oldular - VİDEO

28.03.2018 19:16

İfaları ilə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərov daha bir yeni ifası ilə gündəmə gəlib.

Onun sosial şəbəkələrdə paylaşdığı “Kor ərəbin mahnısı” ifası türkiyəli sənətçilərin də diqqətini çəkə bilib. Sənətçi Levent Güneş sosial şəbəkədə Pərvin Səfərovun bu ifasını paylaşaraq, ona uğurlar arzulayıb.

Daha sonra aktyor Ozan Akbaba da rəy bölümündə öz şərhlərini qeyd edib: “Levent Güneşin sayəsində Pərvin Səfərovu tanıdıq. Pərvin Səfərov, sən çox daxildən, çox doğru ifa edirsən. Ağzına, qəlbinə sağlıq. Çox gözəl yolların olsun, sağlıq, xoşbəxtlik olsun”.

Xatırladaq ki, bir müddət bundan əvvəl Neftçalalı çoban Pərvin Səfərov Türkiyənin TV8 telekanalında yayımlanan məşhur “o səs Türkiyə” yarışmasına qatılmışdı. İfaçı yarışmanın bir neçə turundan uğurla keçə bilmişdi.musavat.com

Oxundu 1152