Tarixə düşən ilk rüşvət MÜƏLLİMƏ VERİLİB

1938-ci ildə Yaxın Şərqdə aparılan arxeoloji qazıntılar zamanı Şumerlər dövrünə aid çox qədimi bir daş kitabə tapılıb.

Yeniavaz.com-un Türkiyə mətbuatına istinadən veriyi xəbərə görə, eramızdan əvvəl 2000-ci ilə aid edilən kitabədə bir məktəblinin başına gələnlər hekayə şəklində anladılır. Kitabənin müəllifi bir müəllimdir.
Hekayə müəllifin bir uşağa verdiyi suallarla başlayır. Uşağın cavabı, demək olar ki, hekayənin böyük bir hissəsini təşkil edir. Uşaq səhər tez qalxıb ev tapşırığını atasına əzbər danışdıqdan sonra anasına yeməyi hazırlamasını istəyir. O, məktəbə gecikməkdən və müəllim tərəfindən döyülməkdən qorxduğu üçün anasını tələsdirir. Anasından iki çörək alan uşaq tez məktəbə gedir. Yoxlama aparan müəllim ona gecikdiyini deyir. Uşaq qorxu ilə müəllimin qarşısında baş əyir. Ancaq buna baxmayaraq uşaq bütün günü məktəbin işçiləri tərəfindən danlanır. Ən əsası isə müəllimi "sənin əl işin yaxşı deyil" deyib onu döyür.
Bütün bunlardan cana yığılan uşaq atasına müəllimini evə dəvət edib, onun üçün ziyafət təşkil etməsini və ona hədiyyələr verməsini istəyir. Ata övladının sözünə qulaq asaraq müəllimi evə dəvət edir.
Beləcə, dünya tarixində yazılı şəkildə qeydə alınmış ilk rüşvət hadisəsi baş verir.
Ziyafətin ən yaxşı yerinə oturdulan müəllimə uşaq özü qulluq edir. Uşağın atası müəllimə müxtəlif yeməklərdən çəkir və onu ən gözəl şərabına qonaq edir. Bundan əlavə müəllimə hədiyyələr verilir, barmağına qızıl üzük taxılır. Bu xoş münasibətdən razı qalan müəllim uşağa xeyir-dua verir: "Gənc, mənim sözlərimə qulaq asdığın üçün, onlara qarşı çıxmadığın üçün yazı sənətinin ən yüksək mərtəbəsinə ucalasan, icadların tam olsun, dostların rəhbəri, şagirdlərin ən üstünü olasan. Sən məktəb tapşırıqlarını tam yerinə yetirib və oxunmuş bir adam oldun". Müəllimin bu xoş sözləri ilə hekayə sonlanır.
Qeyd edək ki, "Məktəb günləri" adlı bu hekayənin 21 daş kitabə nüsxəsi tapılıb. Onlardan 13-ü Filadelfiya Universitetində, 7-si İstanbul Qədim Şərq Muzeyində, biri isə "Luvr" Muzeyində saxlanılır.

DİGƏR XƏBƏRLƏR

Top