Azərbaycanın ələ keçirdiyi erməni diversantla bağlı mühüm gəlişmə

Azərbaycan daha çox hansı ölkələrdən məhsul idxal edir? - SİYAHI

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Kür və Araz çaylarında monitorinqin nəticələri açıqlanıb

21.03.2018 16:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayında növbəti monitorinq həyata keçirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mart ayının II ongünlüyündə Kür çayında suyun sərfi mart ayının I ongünlüyünə nisbətən 124 m3/san artaraq 343 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində və Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Mart ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6.99-7.02 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.APA

Oxundu 333