Azərbaycanın ələ keçirdiyi erməni diversantla bağlı mühüm gəlişmə

Azərbaycan daha çox hansı ölkələrdən məhsul idxal edir? - SİYAHI

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

"Lotu Quli" böyüyəndə kim olmaq istəyirdi?

20.03.2018 19:19

Deyirlər ki, şagirdlər orta məktəb dövründən böyüklərin təsirindən gələcəkdə hansı peşəyə yiyələnəcəklərini dilə gətirirlər. Bunlardan, kosmonavt, məşhur idmançı olacaqlarını əminliklə deyənlər də var.

Orta məktəbin yuxarı siniflərində artıq hər kəs özü gücünə, bilik səviyyəsinə uyğun ixtisaslar seçir. Qulinin erkən uşaqlıq arzusunun nə olduğu bilinməsə də, yeniyetməlik arzusunun "qanuni oğru" olması artıq şübhə doğurmur. Bunu, onu çoxdan tanıyanlar da təsdiq edir. Quli kriminal həyata çox erkən yaşlarında, təxminən 15 yaşında olanda meyl edib, necə deyərlər, öz gələcəyini bu mühitdə görüb.

Deyilənə görə, o, yeniyetmə olanda "Nadir, böyüyəndə nəçi olacaqsan?"-deyə sual verənlərə, onun valideynləri yarızarafat-yarıgerçək "oğlumuz böyüyəndə" "vor" olacaq" deyirmişlər. Quli elə o vaxtlardan, yəni 15-16 yaşından kriminal aləmə atılıb.

Yeni başlayan canilər kimi, ilk cinayət təcrübələri uğurlu alınıb, yəni "ilişməyib. O, 23-24 il öncədən başlayaraq dəfələrlə kəsişmə, toqquşma məqamlarında bu sözü işlədib: "Mən Quliyəm". Onun bu ifadəsi rəqiblərinə münasibətdə hədə və xəbərdarlıq, dostlarına, yaxınlarına münasibətdə isə güvənc səciyyəsi daşıyır.bax.tv

Oxundu 1033