Ukraynanın Odessa şəhərində Rusiya Baş konsulluğunun yerləşdiyi ərazidə gün ərzində iki bomba həyəcanı qeydə alınıb.
Bu barədə Ukrayna Milli polisinin regional idarəsi məlumat yayıb.
Məlumata əsasən, yerli vaxtla saat 14.40-da Rusiya Baş konsulluğunun binasının yaxınlığında bomba qoyulduğu barədə 102-yə anonim zəng daxil olub.
Hadisə yerinə mütəxəssislər göndərilib. Axtarışlardan sonra heç bir partlayıcı maddə aşkar edilməyib. Qafqazinfo