Afrin əməliyyatında Türkiyə ordusunun 46 hərbçisi şəhid olub

Bu günə qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı 46 hərbiçi şəhid olub, 225 hərbçi yaralanıb.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Afrində həyata keçirilən əməliyyat zamanı 3 min 603 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularından təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb. Bu gün - martın 18-də Afrin şəhəri terrorçulardan təmizlənib. APA

DİGƏR XƏBƏRLƏR

Top