Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

HADİSƏ

Moskvada 1 milyon dollara yaxın oğurluq edən iki Azərbaycan vətəndaşı tutulub

18.03.2018 13:15

Moskvanın şimalında zərgərlik mağazasından 882 min 431 min dollar məbləğində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb.

TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, bunlar Azərbaycan vətəndaşlarıdırlar.

"Hazırda iki şübhəli saxlanılıb, onların hər ikisi Azərbaycan vətəndaşıdır. Dəstənin digər üzvləri axtarılır", - deyə həmsöhbət əlavə edib.

Martın 15-i axşam naməlum şəxslər Moskvanın Leninqrad prospektində yerləşən zərgərlik mağazasını qarət ediblər. Onlar mağaza işçilərini təhdid edərək vitrinləri qırıblar və 50 milyon rubl dəyərində (882 min 431 ABŞ dolları) qızıl-zinət əşyaları götürərək oradan uzaqlaşıblar.

Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi qaldırılıb. Report

Oxundu 280