Qədim musiqi aləti - ÇAĞANAQ

Çağanaq, qoşqa rübab, düy tar, qopuz və bas tar. Bir çoxlarımızın adını ilk dəfə eşitdiyi qədim alətlərdən təşkil olunan ansambl Goranboyun Ağamalıoğlu kəndində, uşaq musiqi məktəbində fəaliyyət göstərir.

20 ilə yaxındı bölgədə tar, kamança digər müasir musiqi alətlərini tədris edən müəllimlər şagirdlərə qədim alətlərin sirrləri də öyrədirlər.

İfaçı Yusif Quliyev Yeniavaz.com saytına bildirib ki, görünüşünə görə müasirlərdən fərqlənən alətlər içərisində ən qədimi çağanaqdı.

Alətin gövdəsi üzərinə öküz ürəyinin dərisi çəkilir, simləri isə həmin heyvanın bağırsağından hazırlanır.

Kamanla çalınan çağanaq kamançanın daha qədimi hesab olunur.

Musiqi məktəbinin direktoru Kazım İsmayılovun sözlərinə görə, bölgədə yalnız Goranboyda fəaliyyət göstərən qədim alətlər ansblına maraq böyükdü.

Valideynlər məktəbdə tar, saz, kamança ilə yanaşı övladlarının çağanaq, qopuz, qoşqa rübabı ifa etməsini də istəyirlər.

Qeyd edək ki, qədim alətlər ansamblında unudulmaqda olan mahnılara daha çox üstünlük verilir.

Esmira Hidayətova ,Goranboy

DİGƏR XƏBƏRLƏR

Top