Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

CƏMİYYƏT

Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsi başlayır

18.03.2018 09:38

Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərində seçicilərə müvafiq məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi başlayır.

Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi martın 18-dən başlayır və aprelin 8-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək. Trend

Oxundu 291