Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

GÜNDƏM

Erməni yalanları və təbliğatına qarşı tədbir keçirildi

17.03.2018 20:55

Bu gün “Elmi Araşdırmalar” və “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birlikləri “Erməni yalanları və təbliğatına qarşı” mövzusunda birgə tədbir keçiriblər. “Elmi Araşdırmalar” İctimai Birliyindən yeniavaz.com-a verilən məlumatda bildirilir ki, tədbirdə Cənubi Qafqaz bölgəsində, eləcə də dünyada erməni yalanlarının ifşa edilməsi məqsədilə səmərəli addımların atılması istiqamətində həyata keçiriləcək işlər müzakirə olunub, həmçinin erməni təbliğat maşının uydurmalara əsaslandığını beynəlxalq ictimaiyyətə göstərmək məqsədilə səylərin birləşdirilməsi yolları araşdırılıb. “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov vurğulayıb ki, işğalçı rejimin nümayəndələrindən biri Bako Saakyanın Amerika Birləşmiş Ştatlarına maneəsiz səfər etməsi Azərbaycan diaspor təşkilatları ilə yanaşı yerli Qeyri-Hökumət Təşkilatlarının da ciddi, tutarlı və təsirli reaksiya bildirməsini tələb edən faktdır. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədri olaraq ABŞ hökumətinin bu səfərə icazə verməsi rəsmi Vaşinqtonun bütün səviyyələrdə və sahələrdə Azərbaycana qarşı qeyri-səmimi mövqe sərgiləməsinin əyani göstəricisidir. “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Büllur Məmmədova isə bildirib ki, regional və beynəlxalq miqyaslarda erməni yalanlarını ifşa edərək birdəfəlik bu yalanların qarşısını almaq üçün QHT və diaspor təşkilatlarımız arasında sıx, möhkəm, konstruktiv və işgüzar əlaqələr qurulmalıdır. İctimai Birliyin sədri qeyd etdi ki, Qeyri-Hökumət Təşkilatları bu istiqamətdə geniş fəaliyyətlər həyata keçirir, bunları xarici cəmiyyətlərə çatdıraraq erməni uydurmaları qarşısında keçilməz sipər çəkmək məsələsində isə Azərbaycanın diaspor təşkilatları ciddi yardımlar göstərmək iqtidarındadırlar.

Oxundu 353