Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

HADİSƏ

Tovuzda jurnalistə hücum - VİDEO

17.03.2018 20:36

Sürət həddi aşılır, yol nişanlarının tələbləri pozulur, təhlükəsizlik kəmərindən isə ümumiyyətlə istifadə olunmur. Yol-hərəkəti qaydalarına əməl etməyən sürücülər mənzil başına tələsik çatmağı sanki öz həyatlarından üstün tuturlar. Necə gəldi avtomobil idarə edən sükan sahibləri yollarda vəziyyəti çətinləşdirməklə yanaşı, digər hərəkət iştirakçılarını da təhlükəyə atırlar.

Lakin bu hadisələrdən çoxları bir nəticə çıxartmır, hələ üstəlik özlərini haqlı sayırlar. Məsələn bu sürücünün qaydaları pozması azmış kimi, çəkiliş qrupunu kobud şəkildə etiraz etməkdən də çəkinməyib. Avtomobil sahibi sərnişinləri ilə birgə əməkdaşlara hücum edib. Təqribən bir saat ərzində aparılan çəkiliş zamanı 50-yə dək sürücü yol-hərəkəti qaydalarını pozduğuna görə cərimələnib.

Hər halda sürücünün məlumatsız olması, onun cərimələnməsi üçün ciddi səbəbdir. Amma yol polisinin də məqsədi heç də cərimələmək deyil. Cərimə olunmaq istəyənlər qaydalara əməl etməlidir. Çünki bu qaydalar hər kəsin həyatının təhlükəsizlik təminatçısıdır. oxu.az

Oxundu 597