İmtahana görə intihar edən gəncin anası da həmin yerdən özünü atdı - TƏFƏRRÜAT - YENİLƏNİB

"Ağdamlı Faiq" canlı yayımda avtoxuliqanlıq edir - VİDEO

Nazir yeni evlənən cütlüyə soyuducu hədiyyə etdi

bazar, 22 iyul 2018
RU EN TR
EN TR RU

GÜNDƏM

Prezidentliyə namizədlərə həftədə altı saat pulsuz efir veriləcək

17.03.2018 20:10

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2018-ci ilin aprelin 11-nə təyin edilmiş Azərbaycan Prezidenti seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyənləşdirilməsi məsələsinə baxılıb. MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həftədə ümumilikdə altı saat efir vaxtı ayrılacaq.

İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə dörd nəfərdən ibarət komissiya yaradılıb.

Qərar verilib ki, püşkatma mərasimi MSK-nın 19 mart 2018-ci il tarixli iclasında keçirilsin. oxu.az

Oxundu 574