İmtahana görə intihar edən gəncin anası da həmin yerdən özünü atdı - TƏFƏRRÜAT - YENİLƏNİB

"Ağdamlı Faiq" canlı yayımda avtoxuliqanlıq edir - VİDEO

Nazir yeni evlənən cütlüyə soyuducu hədiyyə etdi

bazar, 22 iyul 2018
RU EN TR
EN TR RU

GÜNDƏM

Prezident İlham Əliyev Roma Papasını təbrik edib

17.03.2018 19:18

Prezident İlham Əliyev Roma Papası Fransiski təbrik edib. Təbrik məktubunda aşağıdakılar qeyd edilib:

“Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Son dövrdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər sivilizasiyalar və dinlər arasında dialoqun və tolerantlığın təşviqinə töhfədir.

Ümidvaram ki, ümumbəşəri dəyərlərin təntənəsinə, dünyada sülhün, sabitliyin qorunub saxlanmasına, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm”. qafqazinfo

Oxundu 274