Gürcüstanda erməni “qanuni oğrular” tutulub

Gürcüstanın hüquq-mühafizə orqanları İsani rayonunda keçirdiyi xüsusi əməliyyat zamanı iki erməni “qanuni oğrunu” saxlayıb. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, tutulanlar Ruben (1983-cü il təvəllüdlü) və Qriqor (1980) Qriqoryanlardır. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaq müəyyən edib ki, saxlanılanlar fırıldaqçılıq və fiziki zorakılıq tətbiq etməklə hədələmək yolu ilə vətəndaşlardan böyül məbləğdə pul almağı planlaşdırıblar. Onlar daha əvvəl həbs həyatı yaşayıblar və “qanuni oğru”durlar. Tutulan ermənilər 6-9 il müddətinə həbs ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top