Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

İNCƏ SƏNƏT

Hüseyn Arifin yaxın dostu Daşdəmir Musazadənin vəfatından sonra kitabı çap olunub

17.03.2018 16:22

Qazax-Ağstafa bölgəsinin tanınmış, sevilən şairlərindən biri Daşdəmir Musazadənin vəfatından sonra yeni kitabı işıq üzü görüb. Bu barədə Yeniavaz.com saytına Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsindən məlumat verilib. Kitabın təqdimatı mərhum şairin doğulduğu kənddə keçirilib. Şair, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Barat Vüsal saytımıza açıqlamasında şairin həyat yolu, işıq üzü görən kitabla bağlı fikirlərini bölüşüb: "Daşdəmir Musazadə 2009-cu ildə dünyasını dəyişib, Allah rəhmət eləsin. Buna qədər onun "Tənha qayıq" adlı 1 kitabı çap olunmuşdu. Elə həmin kitabda olan şeirlər kifayət idi ki, onun nə cür qüdrətli şair olmasına şahidlik edəsən. Bunu nəzərə alaraq o vaxt Yazıçılar Birliyinin Qazax bölməsinin sədri kimi mən onun birliyə üzv qəbul olması üçün zəmanət verdim. Zəmanətin birini də bizim çox gözəl şairimiz Eldar Nəsibli vermişdi. Bizim bütün tədbirlərimizdə mütəmadi iştirak edirdi".

Barat Vüsalın sözlərinə görə, Daşdəmir Musazadənin xalq şairi Hüseyn Ariflə yaxın münasibətləri olub: "Hüseyn Ariflə dostluq edirdi. Onun Hüseyn Arifə həsr olunmuş çoxsaylı şeirləri var idi. Təsadüfi deyil ki, Hüseyn Arif də onun haqqında çox maraqlı fikirlər demişdi:
Daşdəmir, gecə-gündüz yaz-yarat,
Ömrü şair ömrü kimi başa vur.
Mən hesab edirəm ki, xalq şairimiz Hüseyn Arifin yazdığı şeirlərə yaraşan bir ömür yaşadı Daşdəmir. Həqiqi mənada şair kimi yaşadı, yazdı, yaratdı, ömrünü də şair ömrü kimi başa vurdu". Daşdəmir Musazadənin yeni çap olunan kitabından danışan Barat Vüsal: "Bu yaxınlarda bizim çox əziz dostlarımızdan biri, "Tovuz" Xeyriyyə Cəmiyyətinin sədri Çingiz müəllim Daşdəmirin köhnə dostlarından biri kimi çox yaxşı bir iş gördü, onun "Ömürdən doymadım" adlı şeirlər kitabını çap etdirdi. Kitabın redaktoru bizim çox gözəl şairimiz Musa Ələkbərlidir. Bu gün biz həmin kitabın təqdimatına yığışmışıq, şairin dostları, ziyalılar, şairlər, onun yaxınları gəliblər. Qazaxdan, Ağstafadan, Tovuzdan, Bakıdan gələnlər var. Kitabın təqdimatından əvvəl onun məzarını ziyarət etdik. Söhbət şairdən, həqiqi mənada bütün ömrünü şair kimi yaşamış bir insandan gedir. Yazdıqları bir şair kimi onu həmişə yaşadacaq.

Biz öz şair dostumuzla yenidən görüşməyə gəlmişik, həm onun özü ilə, həm də sözü ilə dərdləşməyə gəlmişik. Mənim üçün də onun adı çox əzizdir, çox yaxın olmuşuq. O, iddiasız bir şair olub, əsas budur. Zaman göstərib ki, əsl şairlər, istedadlı şairlər əslində iddiasız olurlar. Onun belə bir şeiri var:
Yaman sıxıldım şəhərdən
Elə kənddən ötəriyəm.
Bu əslində şair təvazökarlığıdır.

Daha sonra yazırdı:
Vətən mənim içimdədir,
Mən vətəndən ötəriyəm.
Elə bu misralara söykənərək deyə bilərik ki, Daşdəmir Musazadə gözəl bir şair idi. Allah onun ruhunu şad eləsin, siz də sağ olun ki, onu yada salıb, ruhunu şad edirsiniz".

Nicat

Oxundu 566