Aztəminatlı ailələrə Novruz sovqatları paylanılır- FOTOLAR

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı ailələrə sovqatlar paylanılır. Fonddan bildirilib ki, layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Martın 14-dən etibarən Fondun əməkdaşları regionlar və Bakının rayonlarında ünvanlı sosial yardım alan ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırır. Bu tədbirlər martın 19-dək davam edəcək.Qafqazinfo


DİGƏR XƏBƏRLƏR

Top