Türkiyə İdlibdə daha bir müşahidə məntəqəsi qurdu

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın İdlib bölgəsində yeni müşahidə məntəqəsi qurub. Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bununla da TSQ-nın İdlibdə qurduğu müşahidə məntəqələrinin sayı 7-yə çatıb. Yeni müşahidə məntəqəsi Türkiyə-Suriya sərhədindən təqribən 35 kilometr aralıda yerləşir. TSQ İdlibdə ümumilikdə 12 müşahidə məntəqəsi qurmalıdır. Bu cür məntəqələr Türkiyə, Rusiya və İran arasında razılığa gəlinmiş gərginliyi azaltma zonalarında atəşkəsə nəzarət çərçivəsində qurulur.

DİGƏR XƏBƏRLƏR

Top