Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

CƏMİYYƏT

Azərbaycanlı milyarder əsgərlərimizə Novruz sovqatı göndərib - FOTO

17.03.2018 13:41

Göyçay rayonunda fəaliyyət göstərən “AzNar” QSC-nin nar emalı müəssisəsinin kollektivi Novruz bayramı münasibətilə Bərdə və Goranboy rayonlarındakı “N” saylı hərbi hissələrə bayram sovqatı aparıb.

Yeniavaz.com xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzNar” QSC-nin sahibi Fərhad Əhmədovun təşəbbüsü ilə keçirilən bu xeyriyyə aksiyası zamanı zavodda istehsal olunan müxtəlif çeşiddə meyvə şirələri, eləcə də qoyun əti, müxtəlif ərzaq məhsulları və bayram şirniyyatları yük avtomobili vasitəsilə cəbhə bölgəsindəki hərbi hissələrə çatdırılıb. On yeddi tondan çox qida məhsulları ön xətdə düşmənlə üz-üzə dayanan cəsur əsgərlərə paylanılıb. Şirkətin baş direktoru Teymur Əhmədov cəbhə bölgəsində Vətənin keşiyində ayıq-sayıq dayanan zabit və əsgərləri bayram münasibətilə təbrik edib.

Məlumat verilib ki, “AzNar” QSC-nin rəhbərliyi 10 ildən artıqdır ki, ənənəvi olaraq Novruz bayramı və 26 iyun-Silahlı Qüvvələr günü münasibətilə ön cəbhədəki hərbi hissələrə bayram sovqatı göndərir. Bundan əlavə şirkət Göyçayda məktəb və uşaq bağçası inşasına, yol tikintisinə, idmanın və kənd təsərrüfatının inkişafına maliyyə dəstəyi göstərir, mütəmadi olaraq Bakıda və ölkənin digər bölgələrində əlillər, aztəminatlı ailələr, valideyn himayəsndən məhrum uşaqlar, ahıl insanlar üçün xeyriyyə aksiyaları keçirir, onlara maddi yardım, geyim və ərzaq məhsulları verir.

Pərviz Əliyev, Esmira Hidayətova

Oxundu 31560