Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

İQTİSADİYYAT

Bakı şəhərində işsiz kimi qeydiyyata alınanların sayı 3 min 206 nəfər artıb

17.03.2018 13:09

Bu ilin mart ayının əvvəlinə olan məlumata görə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 37 min 683 nəfər olub, onların 36,5 faizini qadınlar təşkil edib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, işsiz statusu verilən şəxslərin sayı son bir il ərzində 2 min 600 nəfər və ya 7,4% artıb. İşsizliyə görə müavinətin orta məbləği isə 94 manat 60 qəpik artaraq 361,3 manata yüksəlib.

Qeyd edək ki, işsiz statusuna malik insanların təxminən yarısı - 19 min 111 nəfəri Bakı şəhərinin payına düşüb və son bir il ərzində 3 min 206 nəfər artıb. Bakı şəhərindən sonra ən çox işsiz Mingəçevir, Bərdə, Sumqayıt, Gəncə şəhərlərində, Kəlbəcər və Ağdam rayonlarında qeydə alınıb. Bərdədə işsiz statusuna malik şəxslərin sayı 1376, Mingəçevirdə 1378, Sumqayıtda 1255, Gəncədə 801, Kəlbəcərdə 898, Ağdamda isə 756 nəfər olub. İşsiz statusuna malik insanların ən az olduğu rayonlar arasında isə ilk yerlərdə Daşkəsən, Füzuli, Xocalı, Xocavand, Şuşa, Lerik, Zərdab və Ucar rayonları dayanır. Açıqlanan rəsmi məlumata görə, Daşkəsəndə 6, Füzulidə 16, Xocalıda 33, Xocavanddə 46, Şuşada 50, Lerikdə 54, Zərdab və Ucarda isə qeydiyyatdan keçən 57 işsiz insan var. Azərbaycanda işsiz statusuna malik insanların yaşamadığı rayonlar arasında isə Naxçıvan Muxtar Respublikasına daxil olan rayonlar yer alır. Muxtar Respublikaya daxil olan Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında bir nəfər də olsun işsiz statusuna malik insan yoxdur.

Oxundu 251