İmtahana görə intihar edən gəncin anası da həmin yerdən özünü atdı - TƏFƏRRÜAT - YENİLƏNİB

"Ağdamlı Faiq" canlı yayımda avtoxuliqanlıq edir - VİDEO

Nazir yeni evlənən cütlüyə soyuducu hədiyyə etdi

bazar, 22 iyul 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

İstirahət gününə olan hava proqnozu açıqlanıb

17.03.2018 13:00

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yeniavaz.com-a daxil olan məlumata görə, martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 11-16, Bakıda gecə 4-6, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqinorma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Oxundu 469