İmtahana görə intihar edən gəncin anası da həmin yerdən özünü atdı - TƏFƏRRÜAT - YENİLƏNİB

"Ağdamlı Faiq" canlı yayımda avtoxuliqanlıq edir - VİDEO

Nazir yeni evlənən cütlüyə soyuducu hədiyyə etdi

bazar, 22 iyul 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Komitə gömrük ödənişlərindən yayınan şirkətlərin SİYAHISINI açıqladı

17.03.2018 12:10

Son bir ay ərzində Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının apardığı risk təhlilləri nəticəsində külli miqdarda gömrük ödənişlərinin büdcədən yayındırılmasının qarşısı alınıb. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, mallara dair müşayiətedici sənədlərin düzgün təqdim olunmaması, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə mal kodunun, malın miqdarının, mənşəyinin, xassələrinin, dəyərinin və digər məlumatların düzgün bəyan olunmaması istiqamətində risk ehtimalı yaradan halların qarşısının alınmasının nəticəsi olaraq müəyyən nailiyyətlər əldə olunub. Belə ki, sadalanan istiqamətlər üzrə aparılmış bir sıra təhlillərin nəticəsi ilə əlaqəli aşağıda qeyd olunan bəzi faktlar aşkarlanıb:

"Manifest – 20" MMC şirkəti tərəfindən ölkə ərazisinə idxal olunan Çin mənşəli müxtəlif təyinatlı malların gömrük rəsmiləşdirilməsi zamanı faktura dəyərinin, eləcə də mal miqdarının dəfələrlə aşağı olması faktı aşkarlanıb. Belə ki, müvafiq təhlillərin nəticəsində həyata keçirilmiş fiziki baxış zamanı 36 000 ədəd eynək əvəzinə 7 008 ədəd, 44 ədəd səs gücləndirici əvəzinə 30 ədəd və s. bəyan edilməsi müəyyən olunub.

Aparılmış təhlillərin nəticəsi olaraq ölkə ərazisinə idxal olunan bəzi malların dinamikası şübhələr doğurduğundan əlavə araşdırmaların aparılması üzrə ehtiyac yaranıb. Belə ki, "İRS İnşaat" MMC şirkəti tərəfindən Amerika mənşəli qabığı təmizlənməmiş badam kimi bəyan olunmuş mallara fiziki baxış keçirilməsi nəticəsində 31 298 kq miqdarında faktiki dəyərindən yuxarı qabıqsız badam olduğu aşkarlanaraq 30 261 manat məbləğində gömrük ödənişlərinin əlavə olaraq dövlət büdcəsinə köçürülməsi təmin ediib.

Eyni zamanda, gömrük ödənişlərindən yayınma üsullarından biri kimi XİFMN üzrə mal kodlarının dəyişdirilərək gömrük tarif dərəcəsinə əsasən daha aşağı idxal gömrük rüsumuna cəlb olunması istiqamətində araşdırmalar aparılmaqdadır. Belə ki, "Dulce Nutrition" MMC tərəfindən ölkə ərazisinə idxal olunan bioloji aktiv qida əlavələri təbii və ya sintez edilmiş provitaminlər və vitaminlər qrupuna daxil edilərək bəyan olunmuş və gömrük tarif dərəcəsinə əsasən 0% idxal gömrük rüsumu tətbiq edilməsinə cəhd göstərilib. Bununla əlaqədar malların tərkibi və XİFMN üzrə kodunun dəqiqləşdirilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə ünvanlanmış müraciət məktubunun araşdırılması nəticəsində bəyan olunan malların daha yüksək tarif dərəcəsi müəyyən olunaraq 31 689 manat məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

DGK-dən qeyd olunub ki, risk ehtimalı yaradan hallar üzrə istiqamətlərdən biri də ölkə ərazisinə idxal olunan malın aşağı gömrük dəyəri ilə bəyan olunmasıdır: “Belə ki, Muradov Nizami Məmməd oğlu tərəfindən idxal olunan boyanmış teksturasiya edilməmiş poliefir saplardan olan parçaların gömrük rəsmiləşdirilməsi zamanı yaranmış şübhələrin araşdırılması məqsədilə əlavə sənədlərin tələb edilməsi nəticəsində orijinal invoysun olması aşkarlanaraq əlavə 35 271 manat məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib”.

Ölkə ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması ilə bağlı bəzi faktlara nəzər salaq: “Belə ki, müvafiq elektron sistem vasitəsilə bəyan olunan malların mənşə sertifikatının düzgünlüyünün yoxlanması nəticəsində "Arsenal Center" MMC şirkəti tərəfindən idxal olunan qara metaldan yastı prokatların saxta mənşə sertfikatı ilə müşaiyət olunması faktı aşkarlanıb. Bununla əlaqədar, idxal olunan mallara gömrük rüsumları tətbiq olunması barədə müvafiq tədbirlər həyata keçirilib.

Ölkə ərazisinə idxal olunan heyvanlar üçün preparatlar və yem əlavələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən təqdim olunan baytarlıq sertifikatı ilə müşaiyət olunur. Aparılan təhlillərin nəticəsi olaraq "Aqropol" MMC tərəfindən idxal olunan heyvanlar üçün yem əlavəsinin gömrük rəsmiləşdirilməsi zamanı saxta baytarlıq sertifikatının təqdim olunması ilə bağlı müəyyən şübhələr yaranmış və Dövlət Baytarlıq Nəzarəti Xidmətinə müraciət ünvanlanıb. Nəticədə, təqdim olunan sertifikatın saxta olduğu faktı aşkarlanıb.

Ukrayna Respublikasının "Slavyanskiye Oboi - KFTB" şirkəti tərəfindən "Uğur-İbo" MMC və "Metal Traders" MMC – nin ünvanına idxal olunan divar kağızlarının təhlili aparılıb. Azərbaycan Höküməti ilə Ukrayna Hökuməti arasında gömrük əməkdaşlığı sahəsində əldə olunan razılaşmaya əsasən Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin əməkdaşlıq bölümündə Ukrayna höküməti tərəfindən mal – müşaiyətedici sənədlərində qeyd olunan məlumatların bəyan olunan invoys dəyərinin müqayisəsi zamanı qeyd olunan idxalatçıların ünvanına idxal olunan divar kağızlarının invoys dəyərləri arasında ümumilikdə 124 058 ABŞ Dolları (məzənnə nəzərə alınaraq) dəyərində fərq olduğu aşkar olunub. Nəticədə əlavə olaraq 38 477 manat məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin olunub”.

Bunlardan başqa son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

Saxta invoysda göstərilən qiymət

Real qiymət

Fərq

1

"Define" MMC

27139,49 ABŞ dollar

38770,70 ABŞ dolları

11631,2 ABŞ dolları

2

"Define" MMC

42040,54 ABŞ dolları

60024,2 ABŞ dolları

17983,66 ABŞ dolları

3

"Yumaks" MMC

29463,86 Avro

87000 Avro

57536,14 Avro

4

"Həsənoğlu LTD" MMC

18774,22 ABŞ dolları

54090,42 ABŞ dolları

35316,2 ABŞ dolları

5

"Desplazado" MMC

49155 ABŞ dolları

149249,89 ABŞ doları

100094,89 ABŞ dolları

6

"EPMSS Group" MMC

34476,3 ABŞ dolları

119976,56 ABŞ dolları

85500,26 ABŞ dolları

7

"Star-SM" MMC

15709 ABŞ dolları

95552,8 ABŞ

dolları

79843,8 ABŞ dolları

8

Cəbiyev Səxavət Balaxan oğlu

38280 ABŞ dolları

69135 ABŞ dolları

30855 ABŞ dolları

9

"Aysberg BZ" LTD

64083 ABŞ dolları

134616 ABŞ dolları

70533 ABŞ dolları

10

"Ximekspress-2000" MMC

12674 ABŞ dolları

28287,28 ABŞ dolları

15613,23 ABŞ dolları

11

"Ximekspress-2000" MMC

10498,4 ABŞ dolları

23695,7 ABŞ doları

13197,3 ABŞ doları

12

"Ximekspress-2000" MMC

7869,7 ABŞ dolları

10371 ABŞ dolları

2501,3 ABŞ dolları

13

"Aqrosel" MMC

4556 ABŞ dolları

34380 ABŞ dolları

29824 ABŞ dolları

14

Zeynalov Həmzəağa

50634,16 Avro

153756,24 Avro

103122,08 Avro

15

"Neo Conseption" MMC

17372,75 Avro

34374,9 Avro

17002,15 Avro

16

"Biznes 2017" MMC

17492 Avro

24400 Avro

6908 Avro

17

"Səma İstehsalat Kommersiya"

17004,5 ABŞ dolları

28479,36 ABŞ dolları

11474,86 ABŞ dolları

18

"Legenda İB"

15615,97 ABŞ dolları

37865,26 ABŞ dolları

22249,29 ABŞ dolları

19

"Vertikal Line" MMC

8328 ABŞ dolları

30350 ABŞ dolları

22022 ABŞ dolları

Cədvəldən də göründüyü kimi ümumilikdə 548639,99 ABŞ dolları və 184568,37 Avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmasına cəhd göstərildiyi müəyyən edilib.

Bundan başqa Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq ünvanlarına daxil olan yükə aid saxta invoyslar təqdim edərək malların qiymətini azaltmağa çalışdıqları üçün 3 hüquqi və 1 fiziki şəxs barəsində toplanan materiallar Cinayət Məcəlləsinin 206.1 maddəsinə əsasən DGK-nın İstintaq idarəsinə göndərilib. Belə ki, idxal etdikləri malın qiymətini "FAVORİT SERVİS" MMC 29089,30 ABŞ dolları, "SƏMA PLASTİK" MMC 15574,72 ABŞ dolları, "ULTRA PROQRESS" MMC 9450 ABŞ dolları və ŞÜKÜROV ŞAHİN RAFİQ OĞLU 9261 ABŞ dolları məbləğində azaldıblar.

Oxundu 599