İmtahana görə intihar edən gəncin anası da həmin yerdən özünü atdı - TƏFƏRRÜAT - YENİLƏNİB

"Ağdamlı Faiq" canlı yayımda avtoxuliqanlıq edir - VİDEO

Nazir yeni evlənən cütlüyə soyuducu hədiyyə etdi

bazar, 22 iyul 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Qubadakı kütləvi məzarlıqda abidə inşa olunub

17.03.2018 11:19

Quba Soyqırımı Memorial Kompleksinin ərazisində yerləşən kütləvi məzarlıqda abidənin inşası başa çatıb. Ərazidə 1918-ci ildə ermənilərin törətdiyi soyqırımı əks etdirən memorial lövhə və abidə ucaldılıb. Abidənin açılışı 31 Mart Azərbaycanlıların soyqrımı günü nəzərdə tutulub. Hazırda ərazidə son tamamla və 31 Mart tədbirlərinə hazırlıq işləri davam etdirilir.

Qeyd edək ki, vaxtilə erməni təcavüzkarları tərəfindən vəhşicəsinə qətlə yetirilərək qeyri-insani şəkildə toplu məzarlara doldurulmuş tarixi məzarlıqda müəyyən yenidənqurma işləri aparılıb, azərbaycanlılarla yanaşı, digər millətlərə də aid olan insan sümükləri milli və dini adətlərə uyğun olaraq torpağa basdırılıb, qorunmaq üçün məzarlığın üstü örtülüb. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşib. Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı müxtəlif bölgələrdə həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.APA

Oxundu 477