İmtahana görə intihar edən gəncin anası da həmin yerdən özünü atdı - TƏFƏRRÜAT - YENİLƏNİB

"Ağdamlı Faiq" canlı yayımda avtoxuliqanlıq edir - VİDEO

Nazir yeni evlənən cütlüyə soyuducu hədiyyə etdi

bazar, 22 iyul 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Köhnə binalarda evlərin qiyməti qalxıb

17.03.2018 10:22


Təkrar mənzil bazarı üzrə orta qiymətlər yüksələrək 109 497 dollar təşkil edib. MBA Consulting Group şirkətinin ekspertləri bildirir ki, aylıq fərq 945 dollar – 0,86 faiz təşkil edib. Bazar iştirakçılarının araşdırmalarına əsasən köhnə tikililərdə 1 otaqlı mənzillərin qiyməti aylıq əsasda 1,45 faiz azalıb. Nəticədə 1 otaqlı mənzillərin orta qiyməti 37 389 dollar təşkil edib. 2 otaqlı mənzillər üzrə qiymətlər 60 308, 3 otaqlı mənzillər üzrə 104 285, 4 otaqlı mənzillər üzrə 181 277 dollar olub. Bazarın bu seqmentində ən çox qiymət artımı 3 otaqlı mənzillər üzrə baş verib - 4,29 faiz: “Mənzillərin 1 Kv.m üzrə orta qiymətinə nəzər yetirdikdə aydın olur ki, 3 otaqlı mənzillərin dəyəri 0.30 faiz ucuzlaşıb. 1 otaqlı mənzillərin 1 Kv.m üzrə orta qiymət 956 ( -1.67%), 2 otaqlı mənzillər üzrə 959 ( +0.10%), 3 otaqlı mənzillər üzrə 990 ( -0.30%), 4+ otaqlı mənzillər üzrə 1138 dollar (+ 2.28%) olub”.Oxu.az

Oxundu 506