Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

DÜNYA

Seyran Ohanyan da Serj Sarqsyanın baş nazir olmasının əleyhinədir

17.03.2018 10:14

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ölkənin səlahiyyət müddəti başa çatmaq üzrə olan hazırki prezidenti Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etraz edənlərə qoşulacaq. Ermənistan KİV xəbər verir ki, parlamentdəki “Çıxış” müxalifət fraksiyası ilə yanaşı parlamentdənkənar müxalifət sayılan “Erməni Dövləti Uğrunda” Cəbhə də S.Sarqsyanın hökumət başçısı olmasının əleyhinədir. Təşkilatın təmsilçiləri başqa siyasi qüvvələr, o cümlədən “İrs” Partiyasının sədri Armen Martirosyan və “Demokratik Vətən” Pariyasının lideri Petros Makeyan, Erməni Milli Koqresi sədrinin müavini Levon Zurabyan bir araya gələrək məsələni müzakirə ediblər. Onlar yaxın günlərdə keçmiş müdafiə naziri S.Ohanyanla da görüşərək danışıqlar aparacaqlar. “Çıxış” bloku S.Sarqsyanın baş nazir postuna irəli sürülməsinə etraz olaraq, aprelin 3-də Yerevanda mitinq-yürüş keçirəcək. Bununla bağlı artıq şəhər merinə müraciət olunub. Qeyd edək ki, aprelin 19-da Ermənistan Respublikaçılar Partiyası baş nazir postuna namizəd irəli sürəcək. Hakim partiyanın namizədinin Ermənistanın indiki prezidenti Serj Sarqsyanın olacağı gözlənilir. Report

Oxundu 218