Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

İDMAN

Şəhriyar Məmmədyarov Vladimir Kramniki məğlub edib

17.03.2018 09:33

Almaniyanın paytaxtı Berlindəki İddiaçılar Turnirində VI turun oyunları keçirilib. Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Rəqib 64-cü gedişdə təslim olub. Bununla da Məmmədyarov turnirdə ikinci qələbəsini qazanıb. O, ilk turda İddiaçılar Turnirinin ötən qalibi, rusiyalı Sergey Karyakini yenib.

İddiaçılar Turniri, VI tur

Fabiano Karuana (ABŞ) – Aleksandr Qrişuk (Rusiya) - 0.5:0.5

Uesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) - 1:0

Din Lirjen (Çin) – Sergey Karyakin (Rusiya) - 0.5:0.5

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Vladimir Kramnik (Rusiya) 1:0

Qeyd edək ki, hazırda Məmmədyarov və Karuana hərəyə 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Qrişuk, Lijen və Kramnik hərəyə 3 xalla 3 - 5-ci, Aronyan və So hərəyə 2.5 xalla 6-7-ci, Karyakin isə 2 xalla 8-ci yerdədir.Report

Oxundu 217