Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

HADİSƏ

Azərbaycanda dəhşətli avtomobil qəzası: çox sayda ölən var

16.03.2018 20:34

Ağsu-Kürdəmir yolunda dəhşətli avtomobil qəzası baş verib.

Yeniavaz.com saytı APA-ya istinadən xəbər verir ki, "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hadisə bu gün axşam saat 18:30 radələrində Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, ağır yol-nəqliyyat hadisəsi zamanı ölən 6 nəfərdən 2-sinin və bir nəfər yaralının adı məlum olub.

06-BC-365 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn 54-BE-811 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı “VAZ 2106”nın sürücüsü, Ağsu sakini, 1962-ci il təvəllüdlü İsmiyev Teymurşah Sırac oğlu və həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızı aldıqları ağır bədən xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

“VAZ 2107”nin sürücüsü, Ağsu sakini,1983-cü il təvəllüdlü Quliyev Səbuhi Təvəkkül oğlu ağır bədən xəsarətləri aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. “VAZ 2107”nin sərnişini olan 4 nəfər Siyəzən rayon sakini aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Hadisə yenicə baş verdiyi üçün onların adlarını hələ ki, müəyyən etmək mümkün deyil. Hadisə yerinə cəlb olunan FHN-nin xilasediciləri müxtəlif kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış avtomobillərdə sıxılıb qalmış şəxslərin meyitlərini çıxararaq aidiyyati üzrə təhvil veriblər.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxundu 7775