Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

İQTİSADİYYAT

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

16.03.2018 14:07

Bu ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 7 milyard 700,3 milyon manat olub və ya əhalinin hər nəfərinə orta hesabla 786,4 manat təşkil edib.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7 milyard 69,6 milyon manatlıq və ya əvvəlkindən 10,7 faiz çox vəsait qalıb.

2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3 faiz artaraq 519,8 manat təşkil edib. Əmək haqqı neft sektorunda 3 min 129,2 manat, qeyri-neft sektorunda 458,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 394,2 manat, özəl müəssisələrdə isə 695 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Oxundu 700