Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

İQTİSADİYYAT

Ət, süd və yumurta istehsalı artıb

16.03.2018 13:14

Kənd təsərrüfatında bitkiçilik məhsullarının əkininə başlanılıb.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, mart ayının 1-nə kimi 47,5 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 4,1 min hektar sahədə dənli və dənli paxlalılar, 10,1 min hektar sahədə kartof, 9,6 min hektar sahədə tərəvəz, 23,6 min hektar sahədə çoxillik otlar və 0,1 min hektar sahədə sair bitkilər əkilib.

2018-ci ilin yanvar-fevral aylarında diri çəkidə 78,2 min ton ət, 299,8 min ton süd, 281,9 milyon ədəd yumurta, 16,3 min ton tərəvəz istehsal olunub. 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,1 faiz, yumurta istehsalı 1,1 faiz, tərəvəz istehsalı 1,9 dəfə artıb.

2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı 43,8 faiz artıb.

Oxundu 264