Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

İQTİSADİYYAT

Bakıda 38 milyonluq dövlət əmlakı satışa çıxarıldı - FOTOLAR

16.03.2018 09:42

Bakı şəhərində yerləşən “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” hərraca çıxarılır. Yeniavaz.com birjanews.az saytında yerləşən məlumata istinadən bildirir ki, “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi”nə ilkin qiymət 37 milyon 744 min manat təşkil edir. Əmlak kompleksinin tərkib hissəsi olan torpaq sahələrinin dəyəri - 10 milyon 536 min 603 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 18 milyon 950 min 826 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 8 milyon 256 min 571 manatdır.

Hərracda iştirak etmək istəyənlər satış qiymətinin 10%-i miqdarında behi sifarişçinin depozit hesabına isə 01/02 D nömrəli lot üzrə köçürməlidir.

Fiziki şəxslər şəxsiyyət vəsiqəsini, hüquqi şəxslər təsis sənədlərini, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə xarici hüquqi şəxslərin əmlaka daxil olan torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Hərracı udmuş şəxs alış qiymətini 10 iş günü müddətində sifarişçinin depozit hesabına ödəməlidir.

Məlumat üçün qeyd edək ki, hərraca çıxarılan əmlak “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Bankın əmlakı “Aqrarkredit” QSC tərəfindən hərraca çıxarılır.






Oxundu 344