hekimler-korpenin-gozunden-11-parazit-cixardilar-foto

Həkimlər körpənin gözündən 11 parazit çıxardılar - FOTO

turkiyedeki-ermeni-kilselerinin-sayi-ermenistandaki-kilselerinin-sayindan-coxdur-siyahi

Türkiyədəki erməni kilsələrinin sayı Ermənistanda kilsələrinin sayından çoxdur - SİYAHI

azerbaycanda-memurlar-sahibkarlardan-daha-cox-qazanirlar-resmi

Azərbaycanda məmurlar sahibkarlardan daha çox qazanırlar - RƏSMİ

bazar, 21 oktyabr 2018
RU EN TR
EN TR RU

İNCƏ SƏNƏT

“Space”in canlı efirində dava - “Ona-buna pul atan aparıcı...”

15.03.2018 13:43

Tanınmış aparıcı Kamran Həsənli bir neçə illik fasilədən sonra yenidən efirə qayıdıb. Space TV-də yayımlanan “Onda başladıq” adlı verilişdə qalmaqal meydana gəlib. Belə ki, Kamran Həsənli ilə qonağı Afaq Aslan arasında gərgin anlar yaşanıb. Kamranın “Afaq xanım da müğənni olmaq istəyir” sözü qarşı tərəfi özündən çıxarıb. Cavab vermək istəyən Afaqa aparıcı mane olub. O, “Mən sizə söz verməmişəm, hələ özüm danışıram. Ancaq sizə söz verəndən sonra danışa bilərsiz. Tələsməyin”- deyib. Daha sonra Afaq bu günə kimi Kamran Həsənlini tanımadığını bildirib və ona Samir Piriyevlə yaşadığı qalmaqalı xatırladıb: “Kamran Həsənlini ilk dəfədir ki, görürəm, tanımırdım. Verilişin mövzusu mən deyiləm. Sizi Samir Piriyevlə davanızdan sonra tanımışam. Mən özümə hörmət qoyan aparıcı olsaydım, o söhbətlərdən sonra efirə çıxmazdım. Niyə məni müzakirə edirsiz? Sənə reytinq lazımdır”.

Aparıcı ifaçının sözlərinə reaksiya verməyə çalışıb: “Afaq xanım sizə hələ sual verməmişəm. Soğan yeməmisizsə, içiniz niyə yanır? Sizin kimi insanlar televiziyanın qaydalarını pozurlar. Siz heç bir qaydanı tanımaq istəmirsiz. Çox ədəbsizlik edirsiz? Bu ədəbsizliyə son qoymaq üçün istəyirik efirdə bu məsələni müzakirə edək”

A.Aslan “Ona-buna pul atan hansısa bir aparıcı mənim adımı necə çəkə bilər?” – deyib. Kamran Həsənli isə ondan canlı efiri tərk etməsini istəyib. Daha sonra Afaq proqramdan gedib.Qafqazinfo

Afaq

Oxundu 2521