100 ilin bayrağı baş nazirə təqdim olundu

Ərzaq qiymətləri: 40 il əvvəl və indi - İNFOQRAFİKA

Deputat: Hər zaman “papanın gül balalarını” oxutmaq üçün vəsait tapıla bilər

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

ƏDƏBİYYAT

Anar: “80 yaş məni qorxutmur”

14.03.2018 12:50

Bu gün Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın yubileyidir - 80 yaşı tamam olur. Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan Anar 1938-ci ildə martın 14-də iki məşhur yazıçı - Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib.
Yazıçı olamaqla yanaşı, Anar həm də ictimai xadimdir. O, 1995-2000-ci illərdə isə Milli Məclisin üzvü olub.
Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir və 1998-ci il martın 14-də yazıçı ölkənin ən yüksək dövlət mükafatı olan “İstiqlal” ordeni ilə təltif olunub.
Heç demə, 80 yaş yubilyarı qorxutmur: “80 yaş məni qorxutmur. Həyat hər mənada gözəldir. 80 illik ömrümü çox yaxşı keçirmişəm. Nədənsə gileylənə bilmərəm. Əsas odur ki, geriyə baxanda yaxşı anları xatırlaya bilirəm”.
Yubilyar bir məqamı da qeyd edib.
“Onu mütləq deməliyəm. Bəzən belə düşünürlər ki, insanın yaşı artdıqca, həyata baxışı dəyişir. Amma mənim yaşım artdıqca həyata baxışım heç dəyişməyib. Təbriklərə gəlincə, dostlardan, yaxınlardan təbriklər alıram. Düzü, ilk kimin təbrik etdiyi yadımda qalmayıb. Amma doğum günü təbrikləri davam edir”.
Yazıçı Anar doğum günündə oxucularını da unutmayıb.

“Oxucularıma ancaq xoşbəxtlik arzulayıram. Onlar olmasaydı, biz də olmazdıq”. Modern.az

Oxundu 633